Kino/video materiallarının tərcüməsi

işin məqsəd və xarakterindən (auditoriya üçün, dublyaj, səsləndirmə və s. üçün tərcümə) asılı olmaqla, o özündə sinxron, ardıcıl və yazılı tərcümənin xüsusiyyətlərini əks etdirir. Kodsuzlaşdırmaq– bax: kodsuzlaşdırma.
Kiçik sistemaltları (dilin yarımsistemləri)
Klişe
OBASTAN VİKİ
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Kino
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Video
Video (lat. video dan — baxıram, görürəm) — prinsiplər əsasında hərəkət edən təsvirin formalaşdırılması, qeydə alınması, emalı, ötürülməsi, saxlanması və çoxaldılması üçün elektron texnologiya televiziya, eləcə də audiovizual əsər, fiziki mediada qeydə alınıb (video kaset, video diskdə və s.).
Kino Kino (film, 2019)
Kino Kino — rejissor Gəray Həsənov tərəfindən 2019-cı ildə çəkilən Azərbaycan tammetrajlı komediya janrlı filmi. == Məzmun == Üç dost — Mahir aktyor(Əlibəy Məmmmədli), Bəhram rejissor (Cövdət Şükürov) və Firuz ssenarist (Türkay Cəfərli) ciddi mövzuda film çəkmək istəyirlər. Lakin, heç bir investor onlara köməklik etmir.Hətta sonuncu dəfə investor yanında olan zaman onlara komediya filmi gətirməkləri təklif olunur. Dostlar məcbur qalaraq komediya janrında film çəkmək qərarına gəlsə də sonra yenidən fikirlərindən dönürlər. Əlacsız qalan dostlar filmi öz hesablarına çəkmək qərarına gəlirlər. Mahir öz avtomobilini, Bəhram evdən götürdüyü qızıllarını, Firuz isə evlərində olan qədim xalçanı sataraq filmi çəkmək istəyir. Bu isə dostlar üçün o qədər də asan başa gəlmir. Bundan sonra onların başınlarına macərə dolu gülməli hadisələr gəlir. Filmin sonunda isə gözlənilməz hal ilə qarşılarşırlar.Film real hadisələr əsasında lentə alınıb.
Kino aktyoru
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Kino nəzəriyyəsi
Kino nəzəriyyəsi — tarixən daim inkişaf edən kino mühitinin rəsmi əsas atributlarını şübhə altına almaqla başlayan və ya filmin gerçəkliyə olan münasibətini anlamaq üçün konseptual çərçivələri təmin edən və kino araşdırmalarının akademik intizamı daxilindəki elmi yanaşmaların məcmusudur. Digər sənətlər, fərdi tamaşaçılar və ümumilikdə cəmiyyət. Kino nəzəriyyəsi bu üç fənni bir-biri ilə əlaqələndirsə də, ümumi kino tənqidi və ya kino tarixi ilə qarışdırılmamalıdır.Kino nəzəriyyəsi dilçilikdən və ədəbi nəzəriyyədən qaynaqlanaraq yaranmışdır və film fəlsəfəsi ilə üst-üstə düşür. == Tarixi == Erkən kino nəzəriyyəsi səssiz dövrdə ortaya çıxıb və əsasən mühitin vacib elementlərini müəyyənləşdirməklə maraqlanırdı. Kino nəzəriyyəsi, əsasən Cermen Dulyak, Lui Dellyok, Jan Epşteyn, Sergey Eyzenşteyn, Lev Kuleşov və Dziqa Vertov kimi rejissorların əsərləri və Rudolf Arnheim, Bela Balass və Sieqfried Krakauer kimi kino nəzəriyyəçiləri tərəfindən inkişaf etdirildi. Bu mütəfəkkirlər filmin reallıqdan nə ilə fərqləndiyini və bunun düzgün bir sənət forması sayıla biləcəyini vurğuladılar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə fransız kino tənqidçisi və nəzəriyyəçisi Andre Bazin kinoya belə yanaşmaya qarşı çıxaraq, filmin mahiyyətinin reallıqdan fərqli olmasında deyil, reallığın bir növ davamı, mexaniki olaraq çoxalma qabiliyyətində olduğunu iddia etdi.1960-1970-ci illərdə kino nəzəriyyəsi psixoanaliz, genderşünaslıq, antropologiya, ədəbi nəzəriyyə, semiotika və dilçilik kimi müəyyən fənlərdən konsepsiyalar idxal edən akademiyalarda yerləşdi. Lakin, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərinə qədər kino tədqiqatlarında üstünlük təşkil edən və film yazmaq, istehsal, redaktənin praktiki elementlərinə yönəlmiş hökmranlıq edən humanist, avtoritet nəzəriyyəni yerindən qaldırmaqla Amerika universitetlərində məşhurlaşdı. Amerikalı alim Deyvid Borduell, 1970-ci illərdən bəri kino nəzəriyyəsindəki bir çox görkəmli inkişafa qarşı çıxış etdi. "SLAB nəzəriyyəsi" mənfur terminini Sossür, Lakan, Altusser və Bartesin fikirlərinə söykənmək üçün istifadə etdi.
Kino prodüseri
Film prodüseri — filmin istehsalını öz üzərinə götürən şəxsdir. Kinoprodüser film üçün filmin büdcəsini tapır, filmin çəkilişlərinə başlayır, filmin çəkilişlərini koordinasiya edir, filmin gedişatına nəzarət edir, filmin büdcəsinə görə kadr bölgüsünü təşkil edir və filmə aid digər işlər ilə məşğul olur. O, həmçinin filmin çəkiliş prosesinin başlanğıc mərhələsindən son mərhələsinə qədər olan bütün mərhələləri ilə maraqlanır və yaranmış problemləri aradan qaldırır.
Kino studiyası
Film studiyası, kinostudiya və ya kino studiyası — özlərinə məxsus olan studiya obyektlərinə və ya kinolar çəkmək üçün istifadə edilən obyektlərə malik olan və kino istehsalı ilə məşğul olan şirkət tərəfindən idarə olunan böyük əyləncə, kino və ya kinoteatr şirkətidir. Əyləncə sənayesindəki əksər şirkətlər heç vaxt öz studiyalarına malik olmamışdırlar, lakin onlar əksər hallarda başqa şirkətlərdən yerləri icarəyə götürərək istifadə etmişdirlər.Dünyanın ən böyük kinostudiyası Çinin Zhejiang əyalətində yerləşən Hengdian World Studios kinostudiyasıdır.
Kino sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. == Film festivalları və film mükafatları == Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Kult kino
Kult kino (ingiliscə: Cult film) sədaqətli, ehtiraslı, lakin nisbətən az fanat kütləsi olan filmlər üçün nəzərdə tutulmuş termindir. Kult sözü (ingiliscə: Cult, fransızca: Culte, almanca: Kult) qərb dillərindəki ibadət, sitayiş etmək mənasında olan, Latın mənşəli cultus sözündən götürülmüşdür. Bu söz Azərbaycan dilində də qərb dillərində olduğu kimi aludəçisi olmaq, ilahiləşdirmə, həddindən artıq ehtiram mənasını verir. Kult kinolar, ümumiyyətlə, ilk buraxılış tarixlərində əhəmiyyətli kommersiya müvəffəqiyyətləri əldə etməyən, eyni zamanda film tənqidçilərindən müsbət rəylər əldə edə bilməyən aşağı büdcəli müstəqil filmlərdirlər. Bu filmlər ilk vaxtlarda çoxluq təşkil edən adi kino tamaşaçısının diqqətini cəlb etməmişdirsə də, zaman keçdikcə özlərinə kiçik, lakin ehtiraslı və hətta obsesif bir tamaşaçı kütləsi yaratmışdırlar. Bu filmlərin fanatik pərəstişkarları (və ya izləyiciləri) kult kino hesab etdikləri kinoya təkrar-təkrar baxırlar, replikaları, dialoqları əzbərləyirlər, film haqqında ən xırda detalları belə öyrənirlər, filmin müxtəlif versiyalarını əldə edirlər və hətta filmlə bağlı efemera materiallardan ibarət kolleksiyalar yığırlar.Kult kinoların həmişə kiçik bir fanat kütləsinin olması lazım deyildir. Bunun bir çox istisnaları mövcuddur. Məsələn, Taxi Driver (1976), Pulp Fiction (1994) və ya Döyüş Klubu (1999) kimi filmləri geniş auditoriya kütlələrinə çatmış məşhur kult kinolara misal kimi göstərmək mümkündür. Kult anlayışı subyektivdir. Biri üçün kult olan kino başqası üçün kult olmaya da bilər.
Makoto Kino
Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir. Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır. == İzah == Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur.
Sənədli kino
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu. Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır.Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. == Tarixi == === 1900-cü ildən əvvəl === Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi. İlkin filmlər (1900-cü ilə qədər) hadisələri təsvir edən yenilik və cazibədarlığın təsirinə məruz qalmışdır.
Ətirli kino
Ətirli kino — film nümayişində istifadə olunan xüsusi sistem. Bu zaman tamaşaçı xüsusi qoxular duyur və nəticədə tamaşaçıya daha dolğun məlumat ötürülür. == Tarixi == İlk ətirli film nümayişi 1906-cı ilə təsadüf edilir. Pensilvaniyada kinoteatr sahibi film nümayişi zamanı salonda qızılgül yağı batırılmış əski parçasını yellətmiş. 1958-ci ildə italyan rejisor Karlo Lidzaninin çəkdiyi "Çin səddi" sənədli filminin nümayişi zamanı yüzlərcə qoxu ventilyasiya ilə salona verilmişdir. 1960-cı ildə isveçrəli mühəndis Hans Laube xüsusi "Smell-O-Vision" sistemini yaratmışdır. Bu sistem "Ətrin sirri" filminə tətbiq edilmişdir. Film Nyu-York, Los-Anceles və Çikaqo şəhərlərinin kinoteatrlarında nümayiş etdirildi. Salonda hər oturacağa xüsusi ətir püskürən borular bərkidilmişdir. Ancaq bu sistem bir mənalı qarşılanmadı: bəziləri ətrin püskürülən zaman yaranan yüksək səsdən şikayət etdi, bəziləri ətrin filmdəki sujetlərlə eynilik daşımadığını söylədi (əsasən balkonda oturanlar).
Kino-teatr
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Kino rejisoru
Film rejissoru, film direktoru, direktor və ya kinorejisor hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri işlərini öz üzərinə götürən şəxsə deyilir. Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir. == Vəzifələri == Həmçinin kinorejisor; teletamaşa, serial və kino kimi çəkilişlərin olduğu audiovizualları idarə edir;Filmin ümumi bədii mahiyyətini müəyyənləşdirir;Ssenaridə müəyyən olunduğu kimi, filmin məzmun və süjet axınına nəzarət edir və onu təşkil edir.Aktyorların ifalarını həm mexaniki, həm də dramatik şəkildə idarə edir;Filmin çəkiləcəyi yerlərin müəyyənləşdirilməsi və təşkili işlərini həyata keçirir;Texniki detalların təşkili və idarə edilməsi;Rejissorun film üçün nəzərdə tutduğu bədii baxışı müəyyən edən hər hansısa digər bir fəaliyyət;Rejissorlar zaman-zaman rejissorluq etdikləri filmlərin ssenarilərini də yazırlar.
Kino rejissoru

Kino salonu
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Kino teatr

Kino teatrı

Kino yeri

Kino zalı

Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.
Google Video
Google Video — Google şirkəti tərəfindən təqdim olunan, video faylların yerləşdirilməsini və onlar üzrə axtarışı təmin edən veb-xidmət. Xidmətdən istifadə edənlər video fayllara birbaşa baxa və ya .gvi formatında öz kompüterlərinə endirə bilərlər. Həmçinin video-fraqmentlər hər hansı veb-saytın HTML-koduna daxil edilə bilər. == Tarixi == Xidmətin rəqibləri — iFilm, Metacafe, Veoh, blip.tv və Outloud.tv xidmətləridir. 9 oktyabr 2006-cı ildə Google şirkəti keçmiş rəqibi olan YouTube şirkətini 1,65 milyard ABŞ dollarına satın alsa da, bu saytı Google Video xidməti ilə birləşdirməyərək, sadəcə video faylların axtarış sistemlərini bir-birinə inteqrasiya etdi. 2009-cu ildə Google Video-da yeni videoların əlavə olunması dayandırıldı, lakin əvvəl yüklənmiş videoları izləmək mümkün idi. 29 aprel 2011-ci ildə videoları izləmək funksiyasının da dayandırılması nəzərdə tutulsa da, 25 aprel 2011-ci ildə Google şirkəti bu planından əl çəkdiyini bildirdi. Həmçinin şirkət, bütün məzmunun YouTube-a keçiriləcəyini, lakin Google Video keçidlərinin aktiv qalacağını bildirdi.
Rəqəmsal video
Rəqəmsal video — Məlum olduğu kimi, videogörüntü kadrlar ardıcıllığından başqa bir şey deyil. Filmin hər saniyəsi 24 müxtəlif kadr toplusudur. Beləliklə, bir saniyəlik videonu yada saxlamaq üçün bizə bütün kadrı saxlamaq lazım gəlir. Tutaq ki, kadrın ölçüsü 512 x 384 nöqtədən ibarətdir. İstənilən nöqtə 16 milyon rəngdən birinə boyana bilər, yəni onu əks etdirilməsi üçün 3 bayt yaddaş lazım gələcək: 512 x 384 x 3 = 589824 bayt. Deməli bir kadrın saxlanılması üçün 600 kbayta yaxın yaddaş lazımdır. Əgər həm də səsi yadda saxlamaq tələb olunarsa, onda kadrın ölçüsü böyüyəcək. Bu zaman, məsələn, çox da böyük olmayan sıxlıq ilə iki saatlıq videoyazınıın saxlanılması üçün 10 Gbaytdan artıq yaddaş lazım gələcək. Videonu rəqəmsal daşıyıcılarda saxlamaq üçün videogörüntülərin sıxılması texnologiyasından istifdadə edilir. Ən geniş yayılmış sıxma formatı MPEG-dir.
Video-art
Video-art — Video sənayesinin mümkünlüyü haqqında bədii konsepsiyanın ifadəsi üçün istifadə edilən media sənətində istiqamət. == Fərqli xüsusiyyətlər == Videoart (əyləncəli televiziya kanallarında musiqi klipləri, qoşqular, televiziya reklamları və ya ekran qoruyucularından fərqli olaraq) yalnız kommersiya məhsulu deyil, əksinə, incəsənət məkanında (muzeylərdə, qalereyalarda, festivalda və s) tamaşaçı üçün nəzərdə tutulmuşdur. Video mədəniyyətinin xüsusiyyətləri şok edici bir video seriyası, həddindən artıq redaktə, Konseptualizm və xüsusi effektlər kimi video sənəti üçün prioritetli deyil və digər vasitələrlə birlikdə yalnız bir bədii məqsədə nail olmaq vasitəsi kimi xidmət edə bilər. == Yaranma tarixi == Amerikada kommersiya kino və televiziyanın yüksəlməsi, sənətçilərin ənənəvi rəsm və heykəltəraşlıq sərhədləri xaricində araşdırma arzusu ilə birləşərək, Marsel Düşan dövründən bəri unutqanlıq içində yaşanan janrını canlandırdı. Icəsənətə dematerializə ehtiyac duyduqlarına inanan sənətçilər, əsas ağacın kinematik təcrübəsinin parodiyası kimi hərəkətli qara və ağ təsvirə döndülər. Bir çox hallarda müasir sənət üçün bir dönüş nöqtəsi olan "Documenta-5" sərgisi (1972) onun ekspozisiyasına 16 mm film və video üzrə filmlərə həsr olunmuş bölməni daxil etməkdən birincisi olmuşdur. O dövrün ən çox bədii filmlərinin yaradıcılarının əsas strategiyası film və ya videoları özünə baxmaq, özünü əks etdirmək, hərəkət edən imicə özünü göstərmək idi. Yalnız bu şəkildə bütün ifadə vasitələrində ən şəffaflığın gücünü qiymətləndirə bilərsiniz. Məsələn, "De La" əsərindəki Kanadalı sənətçi Maykl Snou, kameranı fırlanan bir sap ilə quruluşa yerləşdirdi. Kamera çəkilişin hərəkət sürətini dəyişdirərək, fasiləsiz çəkə bilər.
безграни́чный взлётный одухотворя́ть опресни́ть пло́тнический расшиба́ть шелесте́ть шпа́тель благотвори́тельность бу́ркать ка́рканье низведе́ние сбои́ть ула́мывание шишкови́дный bird-fancier disabuse founder hypnology mitre quinsy berry беспамятство вознаграждение лудить унизывать